“Liverpul”un baş məşqçisi Arne Slot cari mövsümün əvvəlindən xüsusi bir məqam gözləmədiyi haqda etirafı ilə diqqət çəkib.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən məlumat verir ki, niderlandlı mütəxəssis “qırmızılar”ın İngiltərə Premyer Liqadasındakı liderliyindən söhbət açıb:
“Mənim heç bir xüsusi gözləntim yox idi, tətil zamanı isə mövsümün müəyyən dövründə nə qədər xal qazanmaq istədiyimi düşünmürdüm. Mən yalnız komandadan ən yaxşı səmərəni necə əldə edə biləcəyim haqda düşünürdüm. Mən görüş haqqında, oyunçularla ünsiyyət haqqında düşünürdüm, nəinki xallar haqqında. Bu, bir axındır və indiyə qədər bunun sayəsində xal qazana bilmişik. Ona görə də bir, beş və ya on turdan sonra neçə xal qazanacağımızla bağlı heç bir gözlənti qurmurdum. Amma mənim, hansı oyun görmək istədiyimlə bağlı fikirlərim vardı”, deyə Arne Slot vurğulayıb.
9 turdan sonra “Mançester Siti” 23 xalla Premyer Liqanın yarış cədvəlinə şərti olaraq başçılıq edir. 8 oyundan 21 xalla 2-ci pillədə qərarlaşmış “Liverpul” mümkün lider qismindədir.