AZ

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazandı

"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XI turda "Şamaxı" ilə üz-üzə gəlib.

Qarşılaşma "köhlən atlar"ın qalibiyyəti ilə yekunlaşıb - 3:0.

47-ci dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirib. 66-cı dəqiqədə Redon Cica fərqi daha da artırıb. 84-cü dəqiqədə isə Yasin Benziya yekun hesabı müəyyənləşdirib.

Hazırda lider olan Ağdam təmsilçisi qələbə sayəsində xallarının sayını 27-yə çatdırıb. 12 xalı olan qonaqlar 6-cı sırada qalıb.

Qeyd edək ki, XI turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i (2:1), "Sumqayıt" "Səbail"i (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" matçında (1:1) və "Sabah" - "Neftçi" görüşündə (0:0) qalib müəyyənləşməyib.

19:36

"Neftçi" komandası Azərbaycan Premyer Liqasının XI turunda heç-heçə edib.

"Report"un məlumatına görə, "ağ-qaralar" "Sabah"la üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

"Sabah" bu nəticədən sonra 17 xalla 5-ci, qonaqlar 9 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ikinci matçında "Qarabağ" "Şamaxı" ilə üz-üzə gələcək. XI turda "Turan Tovuz" "Kəpəz"i (2:1), "Sumqayıt" "Səbail"i (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 1:1.

10:00

"Neftçi" komandası bu gün Misli Premyer Liqasının XI turunda "Sabah"la üz-üzə gələcək.

hakimiyyet.az xəbər verir ki, "Bank Respublika Arena"dakı qarşılaşma saat 17:00-da start götürəcək.

Matçı Tural Qurbanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. "Sabah" 16 xalla beşinci, "ağ-qaralar" 8 xalla səkkizinci pillədə qərarlaşıb.

Tura "Qarabağ" - "Şamaxı" oyunu ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 19:00-da başlayacaq. Bu qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.

Ağdam təmsilçisi 24 xalla liderdir. Qonaqlar 12 xalla altıncı sıradadır. Hər iki komandanın ehtiyatda bir oyunu da var.

Azərbaycan Premyer Liqası, XI tur

27 oktyabr (bazar)

17:00. "Sabah" - "Neftçi"

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

"Bank Respublika Arena"

19:00. "Qarabağ" - "Şamaxı"

Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Asif Əliyev

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, XI turda "Turan Tovuz" "Kəpəz"i (2:1), "Sumqayıt" "Səbail"i (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 1:1.

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazandı

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazandı

Seçilən
8
24
hakimiyyet.az

10Mənbələr