AZ

Yüksək vəzifəli məmurun saxlanılma anı - VİDEO

Dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinən Rusiya Federasiyasının energetika nazirinin müavini Anatoli Yanovskinin saxlanılmasının görüntüləri yayılıb.

Azreform.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hüquq-mühafizə orqanları həmçinin energetika naziri Sergey Moçalnikovu saxlayıblar.

Qeyd olunur ki, hər iki məmur kömür sənayesində dələduzluq işi ilə bağlı saxlanılıb. Bildirilir ki, iş üzrə birbaşa zərər 500 milyon rus rublu (8,8 milyon manatdan çox), dolayı zərər 12 milyard rubl (212 milyon manatdan çox) təşkil edir.

Seçilən
52
12
azreform.info

10Mənbələr