AZ

Abşeronda 24 yaşlı gəncin meyiti tapılıb

Abşeronda 24 yaşlı gəncin meyiti tapılıb.

APA xəbər verir ki, hadisə Abşeron rayonu Xırdalan şəhərində baş verib.

Belə ki, 01.07.2000-ci il təvəllüdlü Daşdəmirov Xəyyam Hikmət oğlunun Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində kirayə yaşadığı evdə meyiti aşkar edilib.

Hadisə yerinə baxış keçirən zaman kəskin qaz iyinin gəldiyi hiss olunub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
9
4
apa.az

5Mənbələr