AZ

Ərdoğanın sədrliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, toplantı Beştəpədə baş tutacaq.

Bildirilir ki, iclasda oktyabrın 23-də Ankarada baş verən terror akti ilə bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd olunub ki, bundan əlavə Türkiyənin Suriya və İraqın şimalında terrorçulara qarşı apardığı əməliyyatlar və Yaxın Şərqdəki vəziyyət də müzakirə olunacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr