Türkiyədə birinci liqasının 10-cu turunun bir sıra oyunları baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” öz meydanında “Sakaryaspor”u qəbul edib.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxmış Diniyev 51-ci dəqiqədə komandasının üçüncü qolunun ötürməsini verib. O, 84-cü dəqiqədə əvəzlənib. “Bandırmaspor” 18 xalla 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi