AZ

24 yaşlı oğlan kirayə tutduğu evdə ölü tapıldı

Abşeronda 24 yaşlı oğlanın meyiti tapılıb.

"Unikal" xəbər verir ki, 2000-ci il təvəllüdlü Daşdəmirov Xəyyam Hikmət oğlunun Xırdalan şəhərində kirayə yaşadığı evdə meyiti aşkar edilib.

İlkin məlumata görə, 24 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
unikal.az

1Mənbələr