İran Qərb dövlətləri ilə dialoq qurmağa hazırdır.
İqtisadiyyat.az xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər oktyabrın 27-də, İsrailin ölkəyə hücumundan bir gün sonra çıxışı zamanı deyib.
“İran səmimi münasibət qurmaq istəyən, ölkənin suverenliyinə hörmət edən və bizimlə bərabərhüquqlu davranan istənilən Qərb dövləti ilə əməkdaşlığa açıqdır”, - deyə o qeyd edib.
Gözəl Həşimova