AZ

Azərbaycan NATO ilə siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir - XİN rəsmisi

Azərbaycan NATO ilə müxtəlif məsələlər ətrafında siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir.

Olaylar xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Məsələlər İdarəsinin rəis əvəzi Anar Mütəllimov Azərbaycanın NATO ilə Tərəfdaşlığı Çərçivəsində Enerji Təhlükəsizliyi və İqlim Dəyişikliyi ilə bağlı Bakıda keçirilən Forumda bildirib.

O qeyd edib ki, 2024-cü ildə Azərbaycanın qaz hasilatı ümumilikdə 23 milyard kubmetr təşkil edib ki, onun da 9 milyard kumbetri Avropaya ixrac olunub.

"Azərbaycan Avropada təhlükəsizliyə önəm verilməsi istiqamətində götürdüyü öhdəliklərə sadiqdir. 30 illik müddətə baxdıqda Azərbaycan ciddi irəliləyişlərə nail olub. Azərbaycan NATO ilə müxtəlif məsələlər ətrafında siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir".

A.Mütəllimovun sözlərinə görə, Azərbaycan Avroatlantik bölgəsində təhlükəsizliyə önəm verilməsi istiqamətində öhdəliklər götürüb. Bura həm təhlükəsizlik sektorunda islahat, həm ətraf mühit, həm sülh və təhlükəsizlik, həm də enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Azərbaycan uzun illər ərzində Şərq və Qərb arasında körpü rolunu oynayıb.

"Artan tələbatları da nəzərə alaraq Azərbaycan Avroatlantik bölgənin enerji təhlükəsizliyinə töhvəsini davam etdirəcək. Ötən il Azərbaycanın qaz hasilatı 23 milyard kubmetr idi və onun 9 milyard kumbetri Avropaya ixrac edilib.

COP29-a Prezidentliyi çərçivəsində Azərbaycan iki mühüm istiqamətdə fəaliyyət göstərəcək. Onlardan biri öhdəliklərin genişləndirilməsi, digəri isə məqsədlərin artırılmasıdır. Bir enerji təminatçısı kimi həm də ekoloji təhlükəsizliyə töhvə vermək mümkündür. Hesab edirik ki, bu müzakirələr məhsuldar olacaq", - o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
20
olaylar.az

10Mənbələr