“Yaxın Şərqdə, xüsusən də İsraillə qonşuları arasında artan gərginlik ABŞ-nin artıq regionda nüfuzunu itirdiyini, rəsmi Təl-Əvivin siyasətinin quluna çevrildiyini nümayiş etdirir”.
KONKRET.az xəbər verir ki, bu barədə “New York Times” (NYT) Amerika Dövlət Departamentinin keçmiş diplomatlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, artıq Yaxın Şərqə İsrail diktə edir:
“İsrailin İrana son zərbələri fonunda məlum oldu ki, Yaxın Şərqə Təl-Əviv diktə edir. Buna əsas səbəblərdən biri də noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləridir. Həmçinin Prezident Baydenin atəşkəsdə irəliləyişə nail ola bilməməsi də, buna təsir edib”.
Məlik,
KONKRET.az