Vətən uğrunda canından keçən qəhrəmanlarımızdan biri Osman Manafovun şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötür.
“İki sahil” xəbər verir ki, bu məqsədlə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, həmçinin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, şəhidin ailə üzvləri və təhsil aldığı 146 nömrəli məktəbin şagirdləri Osmanın məzarını ziyarət ediblər.
Xatırladaq ki, həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində iştirak edən Osman Manafov Xocavənd-Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Qeyd edək ki, şəhidin atası Natiq Manafov SOCAR-ın “Azəriqaz” İB-də çalışır.