Hazırda Bakı şəhərində yağıntılı hava şəraiti davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yağış nəticəsində Heydər Əliyev prospektindəki "Bağırov" körpüsündə yenə təhlükəli vəziyyət yaranıb.
Belə ki, körpünün alta yağış suyu yığılıb.
Habelə Sabunçu tunelini də su basıb.
Tunelə giriş bağlanıb.
Qeyd edək ki, oktyabrın 22-də də "Bağırov" körpüsündə və Sabunçu tunelində eyni vəziyyət yaranmışdı.
Ərazidən son görüntüləri təqdim edirik: