AZ

GÜRCÜSTANIN AVROPALI GƏLƏCƏYİ NİYƏ SEÇKİDƏN ASILI OLACAQ?

Avropa İttifaqının nəzər- diqqəti Gürcüstandadır...

Bu da səbəbsiz deyil. Belə ki, "Avropa İttifaqı liderləri noyabrın 8-də keçiriləcək qeyri-rəsmi sammitdə Gürcüstanla münasibətlərdə növbəti addımları müəyyən edəcəklər..."- deyən Avropa Şurasının rəhbəri Şarl Mişel X hesabında bildirib ki, seçkilər zamanı baş verən qayda pozuntuları aidiyyəti qurumlar tərəfindən təcili araşdırlmalıdır. Sitat: “Gürcüstanda keçirilən parlament seçkilərindən sonra mən Gürcüstanı Aİ-nin Budapeştdə keçiriləcək qeyri-rəsmi sammitinin gündəliyinə daxil etmək niyyətindəyəm. Aİ-nin noyabr sammiti vəziyyəti dəyərləndirəcək və Gürcüstanla münasibətlərimizdə növbəti addımları müəyyən edəcək. Biz ATƏT/DTİHB-nin ilkin qiymətləndirməsinə baxdıq, Mərkəzi Seçki Komissiyasını və digər aidiyyəti qurumları öz vəzifələrini yerinə yetirməyə, seçki pozuntularını və iddiaları tez, şəffaf və müstəqil şəkildə araşdırmağa və baxmağa çağırırıq. Bu iddia edilən pozuntular ciddi şəkildə araşdırılmalı və aradan qaldırılmalıdır!".

 Avropa İttifaqı hələ də Gürcüstan rəhbərliyini ölkənin Avropa İttifaqına gedən yoluna möhkəm sadiqlik nümayiş etdirməyə çağırır. ittifaqın istəyi isə odur ki, seçkinin saxtalaşdırılmış nəticəsi ləğv olunsun.

A.Məmmədli

Seçilən
13
tezadlar.az

1Mənbələr