Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısına çevrilib.
Missiya.Az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Bildirilir ki, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Ötən il ərzində satış 2,6 milyard dollar təşkil edib.
Nəşrin məlumatına görə, Ermənistan son dörd il ərzində Hindistanla raketlərin, artilleriya qurğularının, raket sistemlərinin, radarların, zirehlərin və gecəgörmə cihazlarının, eləcə də geniş çeşiddə döyüş sursatlarının və artilleriya vasitələrinin idxalına dair bir neçə müqavilə imzalayıb. Ermənistan Hindistan istehsalı olan “Akaş” zenit-raket komplekslərinin ilk xarici alıcısı olub.
Daşqın HəsənovMissiya.Az