AZ

Əl və ayaqların soyuq olmasının səbəbi budur

İnsanların 70 faizi barmaqlarının buz kimi olmasından şikayətlənir. Bunun səbəbi barmaqlara kifayət qədər qan çatmamasıdır.

Medianews.az axşam.az-a istinadla xəbər verir ki, bir çoxları bu hala əhəmiyyət vermir, ciddi qəbul etmir. Bunun üçün ilk növbədə bədəndəki qan dövranını yaxşılaşdırmaq lazımdır.

Əgər siz belə bir haldan əziyyət çəkirsinizsə, aşağıdakı məlhəmdən istifadə edə bilərsiniz:

Xiyar, alma və pomidor şirəsinin hərəsindən 50 ml. götürüb, qarışdırın. Alınan məhlulun ¼ hissəsi ilə əl və ayaq barmaqlarınızı ovuşdurun.

Qalan şirəyə 2 xörək qaşığı qaynanmış su və əzilmiş sarımsaq tökün. Hər gecə yatmazdan əvvəl bu qarışıqdan 4 xörək qaşığı için.

Bu məlhəm qan dövranını yaxşılaşdırıb, barmaqlara qanın getməsinə kömək edəcək.

Seçilən
12
16
medianews.az

10Mənbələr