AZ

Hindistan Ermənistanı silahlandıraraq, revanşizmi alovlandırır

Bakı. Trend:

Ermənistan "dostları" tərəfindən silahlandırılmaqda davamedir.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Ermənistan, ABŞ və Fransa2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ənböyük alıcısına çevrilib.

Qeyd olunub ki, son bir ildə satışlar 2,6 milyard dollar təşkiledib.

Həmçinin, vurğulanıb ki, Ermənistan son dörd il ərzindəHindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri,radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də, geniş çeşiddəsursat və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqaviləbağlayıb.

Regionda sabitlik, sülhün bərpa olunmasına dəstək göstərməkyerinə, Ermənistanı silahlandıraraq, revanşist meyillərin daha daartmasına dəstək olan Hindistan bölgədə sülhün bərqərarında maraqlıolmadığını açıq-aşkar nümayiş etdirir. Lakin Hindistanunutmamalıdır ki, Cənubi Qafqaz regionu Hindistandan keçən mühümnəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Regionda sabitlik vəsülhün olması onun üçün də mühüm əhəmiyyət kəsb etməlidir.

Ermənistana gəldikdə, onun yeni yaranan reallıqları həzm edəbilməyib, hər vəchlə sülhün qarşısını almaq cəhdləri hər kəsəməlumdur. Beynəlxalq ictimaiyyəti aldadaraq, özünü "sülhpərəst"göstərib, "barışıq çağırışları" etsə də, reallıqda Azərbaycanın onauzatdığı sülh əlini geri çevirib, silahlanmağa davam edir. Bu isəonun əsl niyyətinin sülh olmadığını göstərir.

Məqalədə:
Seçilən
10
5
az.trend.az

6Mənbələr