• Ermənistan ordusu Bərdəni raket atəşinə tutub, 21 dinc sakin həlak olub, 70-ə yaxın şəxs yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.
Bu barədə Prezident İlham Əliyev özünün rəsmi twitter səhifəsində bildirib.
• Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib.
Bununla bağlı Prezident İlham Əliyev özünün rəsmi twitter səhifəsində məlumat verib.
• Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib.
• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir “Osa” zenit raket kompleksi, üç BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, altı D-30, beş D-20 və bir D-44 topu, iki 2A36 “Qiasint-B” topu, bir minaatan, bir “Konkurs” tank əleyhinə raket kompleksi və altı avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib.
• Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 28-i saat 11:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər xəsarət alıb, 2338 ev, 92 çoxmənzilli yaşayış binası və 415 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.