ABŞ və Fransa ilə yanaşı, Ermənistan 2023-24-cü illərdə Hindistan müdafiə məhsullarının əsas idxalçıları arasında seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of India” yazır.
Hind nəşri bildirir ki, son 4 ildə Ermənistan Hindistanla raketlər, artilleriya silahları, hava müdafiə sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazlarının alınmasına dair bir neçə müqavilə imzalayıb. Üstəlik, Ermənistan Hindistan istehsalı olan “Akaş” zenit-raket komplekslərinin ilk xarici alıcısı olub.
Mənbə qeyd edir ki, həmin müqavilələrin bəziləri Ermənistanın Azərbaycanla münaqişəsi zamanı imzalanıb.
Müəllif: Mənsur Rəğbətoğlu