“Bu, mənim Azərbaycanın azad eilən ərazilərinə üçüncü səfərimdir. İlk gəlişimdən ötən müddətdə burada kifayət qədər irəliləyişin olduğunu müşahidə etdim”.
APA xəbər verir ki, bunu azad edilən ərazilərə səfər edən “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie bildirib.
O, qeyd edib ki, qısa müddətdə bu ərazilərdə tikinti işləri aparılıb: “Səfərim çərçivəsində minatəmizləmə prosesini də izləyə bildim. Bu, çox böyük bir işdir. Mənə dedilər ki, işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən 1 milyon ədəddən çox mina basdırılıb. Hazırda isə Azərbaycan ərazisində minatəmizləmə həyata keçirilir. Beynəlxalq ictimaiyyətin bu məsələdə Azərbaycana dəstək olmaması heç də yaxşı hal deyil. Düşünürəm ki, onlar bu yolda çox şey edə bilərdi”.
Fərid Azəri
Elgün Gəncimsoy