AZ

Səhər niyə ilıq su içməliyik? -Qastroenteroloqdan məsləhət

Səhər ilıq su içmək, mütəxəssislərin mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırmağa kömək edən sağlam vərdişlərdən biridir. Rusiyanın qastroenteroloq, diyetoloq və klinik farmakoloqu Rüstəm Sadıkov bu barədə danışaraq səhərlər ilıq su içməyin həm də ürək-damar sisteminə faydalı təsir göstərdiyini, qanı durulaşdırdığını bildirib.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, "yuxu zamanı orqanizm su itirir, ona görə də səhərlər orqanizm maye çatışmazlığı vəziyyətində olur. Bu, qanın qatılaşmasına səbəb ola  bilər ki, bu da ürəyə yükü artırır. Ona görə də yuxudan oyandıqdan sonra ən azı 500 ml ilıq su içməyi məsləhət görürəm", - deyə ekspert vurğulayıb.

Seçilən
694
15
redaktor.az

10Mənbələr