AZ

“Bax yanır, bax!” – Voronejdə PUA-lar spirt zavodunu vurdu

Oktyabrın 27-də axşam saatlarında Rusiya Federasiyasının Voronej vilayətinin Krasnoye kəndində PUA-nın hücumundan sonra etanol spirti zavodunda yanğın başlayıb.

Editor.az bildirir ki, bu barədə “Astra” yerli sakinlərin istinadən yazıb. Vilayət qubernatoru Aleksandr Qusev bildirib ki, vilayətdə 10 pilotsuz uçan aparat vurularaq məhv edilib. O, Rusiyanın hava hücumundan müdafiəsinin nə qədər qaçırdığını dəqiqləşdirməyib.

Qubernator deyib ki, bir pilotsuz uçan aparatın “düşməsi” nəticəsində yerli müəssisənin kommunal qurğusunda yanğın başlayıb, daha sonra digər müəssisədə baş verən yanğın barədə məlumat yayılıb. Onun sözlərinə görə, orada zərərçəkmiş (yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib) var və yanğın “binaya və bir konteynerə təsir edib”.
“Astra” qeyd edir ki, bu, son bir ayda Krasnoye zavoduna ikinci hücumdur (əvvəlki oktyabrın əvvəlində baş verib). Mediada şahidlərin videosu yayımlanıb, onlardan birində qadın qışqırır: “Bax yanır, bax!”

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr