AZ

Hindistandan Ermənistana göndərilən silah-sursat

Ermənistan ABŞ və Fransa ilə birlikdə 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçıları sırasındadır.

Publika.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Ermənistan son 4 ildə Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya mərmiləri almaq üçün bir neçə müqavilə bağlayıb.

Üstəlik, Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub. Bu müqavilələrin bəziləri Ermənistanla Azərbaycan arasında münaqişə zamanı imzalanıb.

Seçilən
12
2
publika.az

1Mənbələr