AZ

İsrail Livanın cənubuna növbəti dəfə zərbələr endirib - Xeyli ölən və yaralanan var

Bu gün İsrail Livanın cənubuna növbəti dəfə hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi olan NNA məlumat yayıb.

Bildirilib ki, İsrailin Sur və Bint Jubeil bölgələrinə səhər saatlarına qədər hücumu davam etdirib: "Nəticədə 21 nəfər həlak olub, yaralılar var".

Livan Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə isə Sur şəhərində bir bina bombalanıb: "Burada 5 nəfər ölüb 10 nəfər yaralanıb. Bundan başqa, İsrail döyüş təyyarələri Sur şəhərində Əl Cavad restoranının yaxınlığındakı bir binanə da darmadağın edib. Orada ölən və yaralananlar haqda hələlik informasityanı dəqiqləşdirmək mümkün olmayıb. Burç əl-Şimali qəsəbəsində vurulan binada isə biri səhiyyə işçisi olmaqla 5 nəfər həyatını itirib. Sur bölgəsində Əl-Bərqaliyə, Əl-Bazuriye, Marake, Sur Təbiət Qoruğu, Şahur və Tayrdaba qəsəbələrinə hücumda isə böyük dağıntılar var. Nəbatiyə şəhərinin Köhnə Saraya məhəlləsində isə 1 nəfər ölüb, 3 nəfər yaralanıb".

Xəbərdə o da bildirilib ki, Livanın cənubundakı Ayn Beal qəsəbəsinə hücumda mülki müdafiə binası vurulub: "Burada 7 nəfər ölüb, 1 tibb bacısı və 3 tibb işçisi də daxil olmaqla, 24 nəfər yaralanıb. Həmçinin, İsrail artilleriya bölmələri Ayta əş-Şaab, Ramiyə, Əl-Duheyra, Əl-Bustan, Aytarun və Quneyn şəhərlərini hədəfə alıb. Bu hücumlarda ölən və ya yaralanan olmayıb, ancaq dağıntılar olub".

Tahir Şəlvəli

MİA.AZ

Seçilən
24
mia.az

1Mənbələr