AZ

Qarabağa səfər edən beynəlxalq səyyah: Mina partlayışının səsi məni dəhşətə gətirdi

Qarabağa

“Azərbaycanda əvvəllər yalnız bir dəfə Bakıda olmuşdum. Bu ölkəni o qədər bəyənmişdim ki, bura yenidən gəldiyimə çox sevindim”.

APA xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad edilən ərazilərində səfərdə olan, Füzulidə minatəmizləmə əməliyyatını müşahidə edən Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun üzvü Niall O'Murchadha deyib.

O, Füzulidə minatəmizləmə prosesini müşahidə etdiklərini, buradakı təcrübənin şokedici bir təsirinin olduğunu deyib: “Minaların, mina partlayışının vura biləcəyi zərəri düşünəndə adam heyrətə gəlir. Bu ərazilərdə basdırılan minaların sayını düşünəndə insan şok olmaq həddinə çatır. Partlayışın səsi məni dəhşətə gətirdi…

Hesab edirəm ki, mina problemi Azərbaycanın üzləşdiyi ən çətin problemlərdən biridir. Minaların təmzilənməsi vaxt aparan proses olsa da, inanıram ki, bu problem həllini tapacaq, Azərbaycan bunun öhdəsindən gələcək".

Seçilən
11
1
xalqcebhesi.az

2Mənbələr