AZ

İcra hakimiyyətinin maşını yolu kəsdi, sürücü əsəbiləşdi - VİDEO

Dayanma-durma qaydasını pozan yük avtomobilinin sürücüsü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 23-də, paytaxtın Gülarə Qədirbəyova küçəsində baş verib.

Belə ki, 99-JY-734 qeydiyyat nişanlı "İVECO" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq yolu kəsib. Arxadan gələn sürücülər həmin avtomobilə görə, zolağı dəyişməyə məcbur olublar.

Qeyd edək ki, sözügedən nəqliyyat vasitəsi Bakı şəhər İcra Hakimiyyətinə məxsusdur.

Bu qayda pozuntusunu törədən sürücü İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə oluna bilər.

 

Könül Rauf

Seçilən
43
avtosfer.az

1Mənbələr