AZ

Beş ildə avtoparkların 85 faizdən çoxu yenilənib - AÇIQLAMA

Bakı. Trend:

Beş il bundan əvvələ qədər 85%-dən yuxarı avtomobillərin yaşı 10ildən çox idi və avtomobil parkımız çox köhnə idi.

Bunu Trend-əaçıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasınınicraçı direktoru Eyyub Əliyev deyib.

O bildirib ki, Azərbaycanın avtomobil sektoruna, xüsusən dəekoloji təmiz avtonəqliyyat vasitələri ilə bağlı görülən işlərəindi yox, 2019-cu ildən baxmaq lazımdır:

“Yaşıl, təmiz ətraf mühit istəyiriksə, biz avtomobillərə dənəzər yetirməli idik və yetirdik. Aidiyyəti qurumlar bu istiqamətdənəzərəçarpacaq dərəcədə işlər görməkdədirlər. 2019-cu ildə bizAvtomobil Dilerləri Assosiasiyası olaraq böyük bir araşdırmaapardıq. Bu araşdırmanın nəticələrinə uyğun olaraq böyük birhəyəcan siqnalı verdik ki, Azərbaycanın avtomobil parkıköhnədir.

Ovaxtkı dönəmdə 85%-dən yuxarı avtomobillərin yaşı 10 ildənyuxarı idi və avtomobil parkımız çox qoca idi. Lakin indi bu yöndəciddi işlər görülür və avtoparklarımız artıq, demək olar ki,yenilənib. Sözsüz ki, həmin dönəmdə bizim dövlətlə dialoqlarımızaparılırdı, layihələr işlənilirdi və təkliflər verilirdi. Ammahəmin vaxtlarda pandemiyanın olması bir çox məsələlər kimi busahədə də müəyyən bir müddətlik fasilə verməyə səbəb oldu.

2021-ci ildə Cənab Prezident İlham Əliyev “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında sərəncamimzaladı və bu prioritetlərin 5-ci bəndi təmiz ətraf mühit və yaşılartım ölkəsi adlanır. Həmçinin, ölkədə ekoloji təmiz nəqliyyatvasitələrinə - elektrik və hibrid avtomobillərə gömrük rüsumununləğvi, əlavə dəyər vergisinin (ƏDV) ortadan qaldırılması daavtoparkımızın gəncləşməsi istiqamətində atılmış mühüm və böyükaddımlardan idi”.

E.Əliyev vurğulayıb ki, ölkəyə yaşı 10 ildən yuxarı olanavtomobillərin buraxılmasına qoyulan məhdudiyyətlər avtoparkımızınyenilənməsinə böyük bir töhfədir:

“Ümid edirəm ki, yaxın dönəmlərdə bu yaş həddini hətta 5 iləendiriləcək. Bundan başqa, bizim görəcəyimizi işlər hələqabaqdadır. Bildiyiniz kimi, Azərbaycanda elektrik mühərrikliavtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikliavtomobil alınan zaman isə 20%-dir. Amma avtoparkımızınyenilənməsi, ümumiyyətlə, şəhərimizdə daha çox yeni avtomobillərinalınmasına əlçatanlğın artırılması üçün yaxşı olardı ki, daxiliyanma mühərrikinə, yəni ənənəvi avtomobillərə də bank faizlərininilkin ödənişini sadələşdirərək, 10-15 faiz nisbətinə salaq.Bunların özü də ölkənin avtomobil sektoruna böyük faydalar verəbilər”.

E.Əliyevin sözlərinə görə, paralel import vasitəsilə alınanavtomobillər ölkə iqtisadiyyatına və avtomobil alıcılarına böyükziyan vuran məsələlərdəndir:

“Çünki kiminsə maşınları gətirərək, ölkədə satması sonradanproblemlərə səbəb ola bilər. Məsələn, buraya həmin nəqliyyatvasitəsinin texniki, servis xidmətlərini, ehtiyat hissələrininanbarlarının formalaşması məsələsini qeyd edə bilərik”.

Mütəxəssis vurğulayıb ki, artıq ölkəyə elektrik mühərrikliavtomobillər daha çox gətirilməkdədir:

“Elektromobilləri satan şəxslərin həmin avtomobillərlə bağlıdoğru-düzgün təlimatlar verməsi vacib məsələlərdəndir. Ümumiyyətlə,çox vaxt fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərləbağlı nə zəmanət verilir, nə də onların istifadəsi ilə bağlıhansısa bir təlimatlar verilir. Bunlar da gələcəkdə böyükproblemlərə, xüusən də nəqliyyat vasitəsində təhlükəsizlikməsələlərini sual altında qoya bilər”.

Qeyd edək ki, bu ilin yanvar-sentaybr aylarında Azərbaycanaümumilikdə 88,6 milyon dollar dəyərində 2 245 ədəd elektrikliavtomobil idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə, ölkəyəidxal olunan elektromobillərin sayı 127 ədəd artıb. Bu dövrdəelektrikli avtomobil idxalına çəkilən xərc ötən ilin 9 ayınanisbətən 2,7 milyon dollar və ya 3,1% artıb.

Seçilən
19
2
az.trend.az

3Mənbələr