AZ

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonunda 3 saylı qəsəbənin ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cəbrayıl Rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Seçilən
6
3
sia.az

10Mənbələr