AZ

Kreml Gürcüstandakı seçkilərə müdaxilə ittihamlarını rədd etdi

"Rusiya Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxilə ilə bağlı ona qarşı ittihamları qətiyyətlə rədd edir".   Manset.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib: "Biz bu cür ittihamları qətiyyətlə rədd edirik. Bilirsiniz, bu bir çox ölkələr üçün standart xarakter daşıyır ki, nə isə baş verəndə onlar dərhal Rusiyanı müdaxilədə günahlandırırlar. Xeyr, belə deyil. Heç bir müdaxilə olmayıb. İttihamlar tamamilə əsassızdır. Hazırda çox vacibdir ki, heç bir üçüncü ölkə bu seçkilərin nəticələrinə müdaxilə etməsin. Digər tərədən prezident bu seçkilərin nəticələrini tanımadığını bildirib. Əlbəttə, Gürcüstan prezidentinin seçkiləri tanımaq və ya tanımamaq səlahiyyəti var. Hər halda, bunların hamısı gürcü xalqının daxili məsələsidir".

 

Seçilən
36
manset.az

1Mənbələr