AZ

Peskov dünyanın ən güclü ordularının reytinqini şərh etməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda yayılan və Rusiyanın liderlik etdiyi dünyanın ən güclü orduları reytinqini şərh etməkdən boyun qaçırıb. 

“Biz bu xəbərə cavab verəcək dərəcədə ekspert deyilik. Hansı meyarlardan danışdığımızı, reytinqin hansı məlumatlar əsasında tərtib edildiyini bilmirik, ona görə deməyə sözümüz yoxdur”, - Kreml nümayəndəsi müvafiq suala cavab verərkən deyib.

Xatırladaq ki,  U.S. News and World Report 27 oktyabr buraxılışında yazıb ki, Rusiya bu il dünyanın ən güclü orduları reytinqində birinci yeri tutub. ABŞ və İsrail də ən güclü orduya malik ölkələr sırasındadır. Çin isə dördüncü yerdə qərarlaşıb. Ukrayna, 2024-cü ilin statistikasına görə, səkkizinci yeri tutur.

Tural

Seçilən
22
news365.az

1Mənbələr