Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin seçiciləri ilə görüşlər keçirib.
“İki sahil” xəbər verir ki, görüş zamanı N.Məmmədova vətəndaşların problem və təkliflərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Görüşlərdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli istiqamətində vacib addımların atılacağı diqqətə çatdırılıb.
Həmçinin, deputat Nigar Məmmədovanın təşəbbüsü ilə Qobu və Hökməli qəsəbələrində sakinlərin göz xəstəlikləri üzrə pulsuz tibbi müayinəsinin keçirilməsi təşkil edilib. “Universal Hospital”ın peşəkar həkimləri tərəfindən həyata keçirilən aksiya əhalinin sağlamlığı ilə bağlı dövlətin həyata keçirdiyi nəcib təşəbbüslərə dəstək məqsədi daşıyır.