Xalq artisti Ağadadaş Ağayev və onunla birgə insident yaradan “Medera Hospital”ın mühafizəçisi Nurədddin Cəlilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.
Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva bu cinayətdə zərərçəkmiş qismində tanınıb. Cinayət işini hakim Vüsal Tağıyev araşdıracaq. İlk iclas oktyabrın 31-i keçiriləcək.