AZ

Lənkəranda Stalinin cəza çəkdiyi qala bərpa edilir

Bakı. Trend:

Lənkəran şəhərində yerləşən Dairəvi qalanın bərpası üzrə əlavəlayihə-smeta sənədlərinin hazırlanması işləri start götürür.

Trend dövlətsatınalmalarının vahid internet portalına istinadən xəbər verir ki,bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanındaMədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətihazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "NKT-Bərpa" Məhdud MəsuliyyətliCəmiyyətinə həvalə edib və onunla dəyəri 42 min 716 manat olanmüqavilə bağlayıb.

Qeyd edək ki, “Dairəvi qala” “Zindan qalası” kimi də tanınır. Buabidə XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir.“Zindan qalası” 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub.Burada 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbsolunan İosif Stalin də cəza çəkib.

Seçilən
40
2
az.trend.az

3Mənbələr