Kiçik toyda kütləvi zəhərlənmə baş verib.
Milli.Az xəbər verir ki, Kocaelinin ( Türkiyə ) Çayırova məhəlləsində təşkil olunan sünnət toyu mərasimində qonaqlar toyuqlu plovdan zəhərləniblər.
Kiçik toy mərasiminə qatılan 300-ə yaxın qonağın halı məclisdən sonra pisləşib. 91 nəfər zəhərlənmə ilə bağlı həkimə müraciət edib. Zəhərlənənlərdən bəzilərinin vəziyyəti ağırdır.
İsmayıl
Milli.Az