AZ

"Qızıl top"-un qalibi kim olacaq?-Proqnoz

Bu gün Fransanın "France Football" jurnalının versiyasına əsasən, 2023/24-cü illər mövsümünün yekunlarına görə dünyanın ən yaxşı futbolçusu üçün "Qızıl top" mükafatının təntənəli təqdimetmə mərasimi keçiriləcək.
Tədbir Parisdə "Şatle" Teatrında baş tutacaq.
2023-cü ildə "Qızıl top"un sahibi ABŞ-nin "İnter Mayami " klubunun argentinalı hücumçusu Lionel Messi olub.
2003-cü ildən sonra ilk dəfə olaraq mükafat uğrunda namizədlər siyahısında nə Lionel Messi, nə də beş dəfə mükafat sahibi, Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu var.
2024-cü ildə namizədlər siyahısına 30 futbolçu daxil edilib: argentinalılar Emiliano Martines, Lautaro Martines, ispanlar Niko Uilyams, Dani Olmo, Lamin Yamal, Alexandro Qrimaldo, Rodri, Daniel Karvaxal, ingilislər Koul Palmer, Harri Keyn, Bukayo Saka, Deklan Rays, Fil Foden, Cud Bellinqem, portuqaliyalılar Vitinya, Ruben Diaş, nigeriyalı Ademola Lukman və digərləri.
Qeyd edək ki, mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.            

İdman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"-a söyləyib ki, tədbirdə 30-a qədər şəxs namizədliyini irəli sürsə də əsas 10 nəfər yarışacaq:              

"Özəlliklə ilk beşlikdə olanlar mühüm rol oynayacaq. Ötən illərdə "Qızıl top"-u Messinin qazanmasından sonra, azarkeşlərdə həmin seçməyə qarşı inamsızlıq yarandı. Fikrimcə, bu ilki müsabiqədə də fərqli bir futbolçu qalib olmayacaq. "Real Madrid"-dən Vinicius Junior, karyerasını bitirən Toni Kross əsas namizədlərdəndir. Lakin həmin şəxslər seçilməyə də bilər. Daha doğru qərarı axşam biləcəyik. Təbii ki, hər an sürpriz ola bilər. Namizədlər çox olduğu üçün fikir bildirmək çətindir".                    

İdman jurnalisti Namiq Abbasov isə deyib ki, "Qızıl top"-un qalibi "Real Madrid"-də çıxış edən Vinisius Junior olacaq:       
"Çünki həmin futbolçu özündən sonra gələn 29 namizədin hər birindən üstündür. Bundan başqa bir heyət sabit oyun sıralamasında digərləri ilə müqayisədə Vinisiusa üstünlük qazandırıb".
Seçilən
37
2
sherg.az

10Mənbələr