Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti Yusif Nuriyev vəfat edib.
"Medicina" xəbər verir ki, 1940-cı il təvəllüdlü Yüsif Nuriyev tibb üzrə fəlsəfə doktoru idi. Onun süd vəzi xərçəngi mövzusunda elmi məqalələri var.
Yusif Nuriyev 1994-cü ildən Azərbaycan Tibb Universitetində çalışırdı.
Allah rəhmət etsin.