AZ

ERMƏNİSTAN HİNDİSTANDAN ƏN ÇOX SİLAH ALAN 3 ÖLKƏDƏN BİRİDİR – Raketlər, artilleriya sistemləri, radarlar idxal edilib

2023-2024-cü maliyyə ilində Ermənistan ABŞ və Fransa ilə birlikdə Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısına çevrilib.

“AzPolitika” xəbər verir ki, bunu “The Times of India” öz mənbələrinə istinadla yazıb. Qeyd olunur ki, Hindistanın dövlət və özəl şirkətləri ümumilikdə 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və texnika ixrac edir.

Mənbənin məlumatına görə, ötən il satışlar 2,6 milyard dollar təşkil edib. Məlumatda o da bildirilir ki, Ermənistan son dörd il ərzində Hindistanla raketlər, artilleriya sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya vasitələrinin idxalına dair bir sıra müqavilələr imzalayıb.

“The Times of India” qeyd edir ki, Ermənistan Hindistan istehsalı olan “Akaş” zenit-raket komplekslərinin ilk xarici alıcısı olub.

İrəvan və Dehli 20 illik müharibədən sonra müdafiə sektorunda əməkdaşlıq etdiklərini açıq şəkildə bəyan edirlər, lakin satınalmaların növü və həcmi açıqlanmır.

“AzPolitika.info

Seçilən
17
7
azpolitika.info

10Mənbələr