AZ

Hakan Fidan İngiltərəyə gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan ikitərəfli səviyyədə ilk rəsmi səfərini Böyük Britaniyaya edəcək. 

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, oktyabrın 30-da Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşəcək. 

Görüşdə Qəzzadakı humanitar böhranı və yardımların çatdırılmasında yaşanan çətinliklər, terrorla mübarizədə əməkdaşlığın əhəmiyyəti, müdafiə sənayesində atılacaq addımlar və digər mövzuların müzakirə olunacağı gözlənilir.

Gülşən Şərif

Seçilən
28
6
bakivaxti.az

7Mənbələr