Polşada keçirilən Avropa birinciliyi ilə əlaqədar bu ölkəyə səfər edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüşüb.
Apasport.az xəbər verir ki, bu barədə AAF-nin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı ölkəmizdə ağırlıqqaldırmanın perspektivləri və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb.
AAF-nin uzunmüddətli strateji plan üzrə fəaliyyət göstərdiyini bildirən Firdovsi Umudov bu işdə IWF-nin dəstəyinin önəmini vurğulayıb.
Daha sonra gələcək yarışlar, hakim və məşqçi seminarları, təşkilatçılıq məsələləri və akademiyaların işinin təşkili barədə söhbət aparılıb. Görüşün sonunda Firdovsi Umudov Məhəmməd Caluda AAF-nin xüsusi hədiyyəsini təqdim edib.
“Neftçi” – “Zirə” matçının vaxtı açıqlanıb
Premyer Liqa: Qurban Qurbanov "Qarabağ"la 500-cü matça çıxıb
“Qarabağ" 150-ci böyükhesablı qələbəsini qazanıb
"Turan Tovuz"dan yubiley qələbə
Azərbaycan Kuboku: “Turan Tovuz” II Liqa klubunu qəbul edir - YENİLƏNİR