Dost qardaş özbək xalqı ilə bizi mədəni,iqtisadi,hərbi və.s əlaqələr bağlayır. Həmçinin bu əlaqəni təmin edən nəqliyyat loqistika sahəsidir.
Səfirliyin məsləhətçisi dostum Sandjar Mahmudovun dəvətiylə səfirlikdə oldum.
Nəqliyyat sahəsində Azərbaycan şirkətinin Özbəkistanda bu günlərdə təhvil verdiyi A380 Kunqrad -Daut Ata Qazaxstan dövlət sərhədi maqistralının "Orta dəhlizdəki" rolu tranzit potensialı barədə danışdıq.
Həmçinin Özbəkistanın Xəzərdə donanma qurmaq niyyəti, Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu tikinti layihəsi mövcud şəbəkəylə Türkmənistanın Türkmənbaşı limanına ordanda Ələt üzərindən Avropaya əlaqələnən Avrasiya Nəqliyyat marşrutu son ayda Bakıda elan olunmuş maraqlı layihələrdəndir.Bu marşrut həm də ən qısa marşrutdur.
Özbəkistan,Qazaxstan,Azərbaycan Xəzərin dibiylə enerji kabelin çəkməklə "Yaşıl enerjini" Avropaya ixracın hədəfləyiblər.Göründüyü kimi Mərkəzi Asiya və Cənubi Qafqaz regionları ortaq layihələrlə sinxron şəkildə hərəkət edirlər.Bu layihələr bölgəyə daha böyük hərəkətlilik gətirməklə Türk Dövlətləri Təşkilatın gücləndirəcək.