AZ

Yatmaq istədi, yastıqdan kral kobra çıxdı

Hindistanda maraqlı hadisə baş verib. The Indian Express-in yaydığı məlumata görə, bir kişi evindəki divanda yastıqda gizlənmiş kral kobra tapıb. 

Hindlinin sözlərinə görə, o, əvvəlcə yastığın tərpəndiyini hiss edib. Kişi divanda uzanmaq istəyirmiş.

Məlum olub ki, insanlardan gizlənən təhlükəli kobra ora gizli gəlib. Bundan sonra ev sahibi ilanı çıxarmaq üçün mütəxəssisləri çağırıb.

"Xüsusi dəmir çubuqla silahlanmış ilan ovçuları kobra görünənə qədər yastığı yavaşca dartıb açıblar. Bundan sonra mütəxəssis məharətlə ilanı tutub torbaya qoyub, orada artıq insanlar üçün təhlükə yaranmayıb. Bu artıq uzun illərdir ki, Hindistanda adi hala çevrilib",- nəşr yazıb.

Tural

Seçilən
8
news365.az

1Mənbələr