AZ

Bu 3 ölkə Hindistan silahlarının əsas müştəriləridir

ABŞ, Fransa və Ermənistan 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısına çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Məlumata görə, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Ötənilki satışlar 2,6 milyard dollar təşkil edib.

ABŞ-a ixrac əsasən alt sistemlərdən ibarətdir. ABŞ-ın iki nəhəng şirkəti - “Boeing” və “Lockheed Martin” Hindistandan füzelajlar, qanadlar və digər təyyarə, vertolyot hissələri alır. Fransa, öz növbəsində, böyük miqdarda proqram təminatı və elektron avadanlıq idxal edir.

Son 4 il ərzində Ermənistan Hindistanla raketlər, artilleriya, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya idxalı üçün bir neçə müqavilə imzalayıb. Ermənistan Hindistan istehsalı olan “Akaş” zenit-raket komplekslərinin ilk xarici alıcısı olub.

Musavat.com

Seçilən
11
6
musavat.com

10Mənbələr