Bakı. Trend:
“Diaspor Akademiyası - 2” layihəsinin növbəti – “Fandreyzinqnədir? Beynəlxalq və müxtəlif ölkələrin əsas donor təşkilatları,onların fəaliyyət istiqamətləri, qrant ayırdıqları mövzular” adlı2-ci təlimi keçirilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, tanınmış təlimçi, Siyasi TexnologiyalarMərkəzinin rəhbəri Vəli Əlibəyov iştirakçılara fandreyzinqinəsasları, maliyyə resurslarının əsas növləri, maliyyə vəsaitlərinincəlb edilməsi yolları və maliyyənin idarəedilməsi prinsipləri,strateji planlama, fandreyzinq strategiyasının hazırlanması,potensial donorların araşdırılması, kommunikasiya və marketinq,potensial donorlarla əlaqələrin yaradılması, marketinqmateriallarının hazırlanması, fandreyzinqlə bağlı qanunvericilik vəs. məsələlər barədə məlumat verib.
İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəkitəcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparıb. Onlarımaraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.