AZ

“Rəsmi Paris repressiyaları ciddi şəkildə tətbiq edir” - ŞƏRH OLUNDU

“Artıq uzun illərdir ki, Avropada demokratiyadan ağız dolusu danışan bütün siyasi liderlərin, Avropa Parlamentində təmsil olunan bütün nümayəndələrin hər birinin dəbdəbəli ritorikasının şahidiyik. Görünən odur ki, onlar bəyan etdikləri tələbləri, normaları özləri üçün məqbul saymırlar. Sadəcə olaraq həmin standartları başqa xalqlara təzyiq edə bilmək üçün təlqin etməyə çalışırlar. Həqiqətən də Avropa, Qərb dünyada demokratiya ənənəsinin inkişaf etməsini istəyirlərsə, ilk növbədə prosesə özlərindən başlamalıdırlar. Lakin onlar bunu etmir, əksinə dediklərinə zidd olaraq zorakılıq, təzyiq siyasətini genişləndirirlər. Azad söz haqqında dəm vuranlar özləri azad fikri boğmaqla məşğuldurlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, rəsmi Paris sözün əsl mənasında repressiyaları ciddi şəkildə tətbiq edir, insanların səsini boğmağa çalışır: “İnsanlar yerlərdə çox böyük əziyyətlərlə üz-üzə qalırlar, onlar müalicəsi tapılmayan xəstəliklərlə vuruşmalı olurlar. Yəni, bir yandan rəsmi Paris onlara müalicə üsullarını təklif etmir, digər tərəfdən isə onları bilərək soyqırımı ideologiyasına məruz qoyur. Bütün bunlar yolverilməz məsələlədir.

Təsadüfi deyil ki, Bakı Təşəbbüs Qrupu bu məsələlərin hər biri ilə bağlı bütün dünyaya bəyan edir ki, rəsmi Fransa Qafqazda da suları bulandırmaqla guya sülh prosesinə təkan verməyə çalışır. Əslində isə Ermənistanı silahlandırır. Yəni, hər bölgədə özünəməxsus formada dağıdıcı siyasətini davam etdirir. Fransa rəhbərliyi demək olar ki, bəşəriyyətə müharibə elan edirlər. Bu soyuq müharibə də deyil, əsl qızğın müharibədir. Çünki həm fiziki, həm mənəvi repressiyalar tətbiq olunur. Lakin dünya dəyişilib və bu cür məsələləri ört-basdır etmək mümkünsüzdür. Ölkə başçısı İlham Əliyev daim bu məsələləri diqqətdə saxlayır və əziyyət çəkən xalqlara bizim ölkəmiz əməli dəstək göstərir. Azərbaycan bu məsələni gündəmə gətirməklə, həm də həll yolu variantlarını təklif edir. Bu baxımdan Azərbaycanın sözü ilə hərəkətləri üst-üstə düşür”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
12
sia.az

1Mənbələr