AZ

Şirkətlərin gizli oyunu: insanları belə zəhərləyirlər

Dünyanın aparıcı elektron siqaret şirkətləri nikotinin alternativlərini araşdırır. "Metil nikotin" və ya "metanin" kimi tanınan alternativ nikotinin insanlara zərərləri ilə bağlı araşdırmalar aparılsa da, nəticənin əldə olunması illər çəkə bilər.

Publika.az xəbər verir ki, qlobal siqaret şirkətləri zərərləri açıq-aşkar üzə çıxan nikotini müxtəlif kimyəvi maddələrlə əvəz etmək üçün hərəkətə keçib.

Elektron maye istehsalçıları “Hangsen International Group” və fərqli siqaret alternativləri üzərində işləyən “Zinwi Biotech” və “Smoore International”dan bu barədə məlumatlar əldə edilib.

Məlumatlar bu cür kimyəvi maddələrin təhlükəsiz olub olmadığını müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu ortaya qoyub. Lakin bu maddələr artıq elektron siqaretlərdə və ABŞ-da bəzi buxarlandırıcılarda istifadə olunur. Tədqiq olunan kimyəvi maddələrdən olan "metanin" və "metil nikotin" laboratoriyada istehsal olunur. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu maddələr orijinal nikotindən güclüdür və daha çox asılılıq yaradır.

Sözügedən məhsulları ABŞ Qida və Dərman Administrasiyasının (FDA) yoxlamasından yayındırmaq üçün yeni üsul hazırlandığı ortaya çıxıb.

Tütün məmulatları ABŞ-da satışa çıxarılmazdan əvvəl FDA təsdiqini almalıdır. ABŞ Torakal Konqresinin bəyanatına görə, nikotinin FDA siyahısında "3-metil tərkibi" olaraq qeyd edildiyi halda, sənaye "6-metil" ehtiva edən "metanin" adlanan maddəni məhsullarına daxil edib.

Seçilən
34
1
publika.az

2Mənbələr