AZ

BƏƏ şirkəti Azərbaycan bazarından gedir

“Notus Middle East Fze” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv edilir.

FED.az xəbər verir ki,  Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 49 ünvanına bildirə bilərlər.

Məlumat üçün bildirək ki, “Notus Middle East Fze” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 2021-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Məmmədov Ehtiram Tofiq oğludur. Bu şirkət Birləşmiş Ərəb Əmirliyində 2016-cı ildə yaradılıb.

Seçilən
11
fed.az

1Mənbələr