AZ

Tbilisi meri prezidenti tənqid edib

Tbilisi meri Kaxa Kaladze ölkə prezidenti Salome Zurabişvilinin seçkilərin saxtalaşdırılması ilə bağlı bəyanatını şərh edib.


"Gürcüstan prezidenti vəzifədən getməkdə olan bir şəxsdir. Bu şəxsin cəmi bir neçə ayı qalıb. Dünən onun seçkilərin saxtalaşdırılması barədə səsləndirdiyi spekulyativ bəyanatlar rüsvayçı idi," – Tbilisi meri bildirib.


Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətlə birgə ölkədə iğtişaşların təşkilində iştirak edir. Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuvaşvili brifinqdə bəyan edib.


"Görürsünüz ki, xanım Salome [Zurabişvili] müxalifətlə birgə "ölkədə iğtişaşlar" adlanan ssenaridə birbaşa iştirak edir,” – deyə Papuvaşvili bildirib.

Gürcüstan prezidenti daha əvvəl ölkədə hakim partiyanın qələbə qazandığı parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib. O, həmçinin ölkə vətəndaşlarını etirazlara çağırıb.


Parlamentin spikerinin sözlərinə görə, Gürcüstanın hakim partiyası seçkilərdə qələbədən sonra parlamentdə 150 mandatdan 89-nu qazanıb.


"Müxalifət yalan danışır ki, öz [seçki] siyahılarından imtina edəcək və parlament legitim olmayacaq. O, çox da legitim olacaq. Parlament toplanacaq və 76 səslə 150 deputatın səlahiyyətlərini tanıyacaq. "Gürcü Arzusu”na, bu məlumatlara görə, səhv etmirəmsə, 89 mandat verilir. Beləliklə, 2020-ci ildə olduğu kimi, Gürcüstan parlamenti toplanacaq, səlahiyyətləri tanıyacaq və öz işini davam etdirəcək,” –  Papuvaşvili bildirib.

 

N.Təbrizli


www.anews.az
Seçilən
28
anews.az

1Mənbələr