AZ

ADP İDARƏ HEYƏTİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Gürcüstanda keçirilən parlament seçkilərinin saxtalaşdırılması pislənilib...Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları ilk növbədə BRİCS-ə daxil olan ölkələrin Kazan görüşünə münasibət bildirib. Partiya yetkililəri, əsas tərkibi avtoritar rejim daşıyıcısı olan dövlətlərdən formalaşmış və daha çox bu ölkələrin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə yönəlmiş bu quruma Azərbaycanın üzv dövlət kimi daxil olmasını milli maraqlarımıza uyğun olmaması baxımından məqbul hesab etməyib. Qeyd edilib ki, Azərbaycan demokratik cümhuriyyətin davamçısı olan ölkə kimi öz gələcək yerini avtoritar ölkələr sırasında deyil, elmin, texnologiyanın inkişaf etdiyi, tərəqqinin intişar tapdığı, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının qorunduğu Qərb dünyasında tapmalıdır.İdarə Heyəti qonşu Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirib və adı çəkilən ölkədə seçkilərin total şəkildə saxtalaşdırılmasını, gürcü müxaliflərin əldə etdiyi nəticələri hakim partiyanın xeyrinə mənimsənilməsi faktını qətiyyətlə pisləyib və Rusiyanın bu seçkilərə dolayı yolla aktiv müdaxiləsini onun Cənubi Qafqazda demokratiya tərənnümçüsü bir ölkənin avtoritar rejimlə əvəzlənməsi cəhdi kimi dəyərləndirib.İdarə Heyəti Avropa Parlamentinin Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması və bu ad altında keçmiş separatçı rejimin müdafiəsi məqsədi ilə erməni məsələsini yenidən gündəmə gətirməsini ehtiva edən qətnamə qəbul etməsinə münasibət bildirilib. Qətnamənin insan hüquq və azadlıqları ilə bağılı hissəsinin obyektiv gerçəkliyi əks etdirməsini müsbət dəyərləndirən partiya rəsmiləri bu iradların aradan qaldırılması barədə hakimiyyətə çağrış etməklə, erməni məsələsinin bu qətnaməyə məqsədyönlü şəkildə pərçim edilməsini yolverilməz hesab edib və Qərb strukturlarını ölkəmizə qarşı erməni, xristian təəssübkeşliyindən doğan ikili standartlara son qoymağa çağırıb. Qeyd edilib ki, bu cür qərəzli, ikili yanaşmalar, 30 ilin işğalçı rejiminin başında duran Ermənistanı müdafiə edilməsi bütövlükdə Cənubi Qafqazda demokratik gəlişməni əngəlləməkdən başqa bir şey deyil və bu ayrı-seçkilik sonda regionda yenidən güclənmək istəyən Putin Rusiyasının imperialist istəklərinə xidmət edir.İdarə Heyəti qardaş Türkiyədə, arxasında qlobal güclərin durduğu terror hadisəsinə münasibət bildirib və Türkiyənin dünyada artan nüfuzunu, hərbi sənaye gücünü sarsıtmaq, regional və dünya çapında aktiv iştirakını əngəlləmək məqsədi daşıyan bu qanlı hadisəni qətiyyətlə pisləyib, həlak olanların doğmalarına dərin hüznlə baş sağlığı ünvanlayıb.İdarə Heyəti Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması istiqamətində dövlət başçısının yerli və beynəlxalq müstəvidə göstərdiyi cəhdləri müsbət dəyərləndirib və sülhün baş tutması üçün siyasi fitnəkarlıq göstərən Rusiya və Fransa kimi dövlətlərin təzyiqlərinə baxmayaraq yaxın zamanda ikitərəfli sazişin əldə edilməsinin vacibliyini diqqətə çatdırıb.İdarə Heyəti İsraillə İran arasında yaranan və getdikcə iki ölkə çərçivəsində kənara çıxaraq Yaxın və Orta Şərqi təhdid edən müharibə gərginliyindən ciddi narahat olduğunu qeyd edib və hər iki ölkə başçıları və xalqlarını müharibə alovunun qarşısını almağa səsləyib, BMT yetkililərini müharibələrin qarşısını almaq, dinc yanaşı yaşamaq barədə üzərlərinə götürdükləri beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.İdarə Heyəti son zamanlar Rusiya və Azərbaycan arasında bir sıra dövlət strukturlarının, xüsusilə kənd təsərrüfatı, turizm, xarici siyasət sahəsində fəaliyyətin əlaqələndirilməsi ilə bağlı yetkililərin razılaşma əldə etməsi faktını məqbul hesab etməyib və bu cür razılaşmaların milli marqlarımıza, suveren hüquqlarımıza xidmət etmədiyini, xarici siyasət sahəsində elan edilmiş prioritetlərimizə zidd olduğunu bildirməklə hakimiyyəti Rusiyanın bu və ya digər formada iqtisadi və siyasi strukturlarımıza sızma siyasətini önləməyə çağırıb.İdarə Heyəti son günlər baş verən güclü leysan yağışları nəticəsində yol tikinti strukturlarının dağıdılması, iflic olması, iki gəncimizin bu hadisənin qurbanı olması fatından ciddi narahat olduğunu bildirib və hakimiyyəti korrupsiya və rüşvətxorluğun acı nəticələrini ortaya qoyan bu məsələni ciddi araşdırmağa və cinayətkar şəxlərin qanun qarşısına gətirilməsini təmin etməyə çağırıb.

Seçilən
49
2
turanpress.com

3Mənbələr