Kofe, qazlı su və şirələrin tez-tez istifadəsi insult riskinin artmasına səbəb ola bilər.
Azpost.info xəbər verir ki, rusiyalı tibb mütəxəssislərinə görə, qazlı içkilər (şəkərsiz olanlar daxil olmaqla) insult riskini 22 faiz artırır.
Araşdırma qəhvə və qazlı içkinin tez-tez istehlakının insult riskini əhəmiyyətli dərəcədə artırdığını aşkar edib. Meyvə şirələri insult riskinin 35, gündə dörd fincandan çox qəhvə isə 37 faiz artırır.
Mütəxəssislər qeyd ediblər ki, bu qənaətlər 27 ölkədən on minlərlə insanın məlumatlarının öyrənilməsinin nəticələrinə əsasən verilib.
Bundan başqa, alimlər müəyyən ediblər ki, çay və su içmək insult riskini azaltmağa kömək edir.
Azpost.info