AZ

Yanma prosesi düzgün baş vermədikdə dəm qazı yaranır -Ekspertdən XƏBƏRDARLIQ

Oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Bu barədə APA-ya Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, evdə qaz təsərrüfatı varsa, təhlükəsizlik məsələsi ön planda olmalıdır:

“Qazın fiziki, kimyəvi xassəsi yanır, düzgün istismar olmadıqda isə dəm qazına səbəb olur. Bu səbəblə də evlərdə qaz təsərrüfatına diqqət etmək lazımdı. Yəni kənar müdaxilələr edilməməli, dəyişmə və təmir işləri lazım olarsa,ustaya bildirmək lazımdır. Ümumiyyətlə yanma prosesi düzgün baş vermədikdə dəm qazı yaranır. Ona görə də qaz cihazı olan otaqda tez tez otaq havasını dəyişmək lazımdır. Otaqda mütləq şəkildə havalandırma sistemi quraşdırılmalıdır. Evdə ikigözlü qaz peçi varsa otağın kvadratı 8, üçgözlü 12, dördgözlü peç varsa minimum 15 kvadrat olmalıdır. Ümumiyyətlə hamam otaqlarında tüstü bacaları açıq və təmiz olmalıdır”.
Seçilən
18
25
sherg.az

10Mənbələr