Lipetsk vilayəti üzərində Ukraynaya məxsus 5 təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 28-də Moskva vaxtı ilə saat 16:00-dan 16:45-ə qədər Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Lipetsk vilayətinin ərazisi üzərində Ukraynanın beş pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, - Müdafiə Nazirliyi bildirir.